AZ

Parisdə Şarl de Qoll Hava Limanı yaxınlığında yanğın olub VİDEO

ain.az bildirir, Apa.az portalına istinadən.

Parisdə Şarl de Qoll Hava Limanı yaxınlığında yanğın olub.

“Le Parisien” qəzeti xəbər verir ki, yanğın şənbə axşamı Roissy-Şarl de Qoll Hava Limanı yaxınlığında anbarda baş verib.

Səmada nəhəng qara tüstü buludu müşahidə olunub. Yanğının söndürülməsinə 60 yanğınsöndürən cəlb olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Paris Hava Limanları Qrupu (ADP) isə bildirib ki, yanğının baş verdiyi anbar hava limanının qərb hissəsində yerləşir və hava limanının fəaliyyəti ilə əlaqəli deyil. Qeyd edilib ki, yanğın hava nəqliyyatının hərəkətinə təsir göstərməyib.

https://twitter.com/ActuCenter/status/2053206540660699301

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
4
apa.az

5Mənbələr