AZ

Bu gün Azərbaycandan Ermənistana 986 ton dizel göndəriləcək

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq.

Publika.az xəbər verir ki, bu ölkəyə 16 vaqon (986 ton) dizel yanacağı göndəriləcək.

Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 9 min ton dizel, 979 ton "Aİ-92" benzini və 2955 ton "Aİ-95" benzini ixrac olunub.

Həmçinin Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.

Seçilən
10
49
publika.az

10Mənbələr