İslam Respublikası Ordusunun sözçüsü Məhəmməd Əkrəminiya bəyan edib ki, ABŞ İrana qarşı yönəlmiş hərbi cəhdləri nəticəsində heç bir strateji məqsədinə çata bilməyib və ağır məğlubiyyətə uğrayıb.
Redaktor.az xəbər verir ki, bu barədə o, İRNA xəbər agentliyinə verdiyi müsahibədə bildirib.
Əkrəminiya qeyd edib ki, əgər mövcud vəziyyətə real qiymət verilsə, düşmənin əvvəlcədən müəyyən etdiyi hədəflərin heç birinə nail olmadığı aydın görünür.
Onun sözlərinə görə, qarşı tərəf bu qarşıdurmada məğlubiyyətlə barışmalı olub.
Sözçü həmçinin əlavə edib ki, ABŞ-nin regiondakı hərəkətləri gözlənilənin əksinə olaraq, "İran daxilində birlik və həmrəyliyi daha da gücləndirib".
O, xarici təzyiqlərin ölkə daxilindəki milli ruhu sarsıda bilmədiyini vurğulayıb.
Aminə ŞAHSUVARQIZI