Bu gün “Bakı–Xankəndi” Azərbaycan velosiped yarışına start veriləcək.
AZƏRTAC xəbər verir ki, 5 mərhələdən ibarət yarışın ilk etapı “Sea Breeze”dən start götürməklə 158,7 kilometr məsafəni əhatə edəcək və Bakı şəhərinin görməli yerlərindən keçərək Sumqayıtda başa çatacaq.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparacaq. Beş mərhələdən ibarət olan yarışın ümumi mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.
“Bakı–Xankəndi” Azərbaycan velosiped yarışı
10 may
I mərhələ: “Sea Breeze”dən start götürməklə Bakı şəhərinin görməli yerlərindən keçərək Sumqayıtda finiş (158,7 kilometr)
11 may
II mərhələ: Bakı – Şamaxı – İsmayıllı (193,2 kilometr)
12 may
III mərhələ: Qəbələ – Oğuz – Şəki – Mingəçevir (163,3 kilometr)
13 may
IV mərhələ: Gəncə – Göygöl – Goranboy – Suqovuşan – Talış – Naftalan (152,7 kilometr)
14 may
V mərhələ: Tərtər – Ağdam – Füzuli – Şuşa – Xankəndi (181,3 kilometr)