AZ

Ulu Öndərin milli inkişaf strategiyası müstəqil Azərbaycana mayak oldu » AzadMedia.az


Məşhur Məmmədov,
Milli Məclisin deputatı

Azərbaycan xalqının taleyində müstəsna xidmətləri ilə əbədi iz qoymuş Ümummilli Lider Heydər Əliyev müasir dövlətçilik tariximizin memarı, milli həmrəyliyin və siyasi sabitliyin banisidir.

Ulu Öndərin anadan olmasının 103-cü ildönümü münasibətilə onun xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərini dərin ehtiramla yad edir, əziz xatirəsini minnətdarlıq hissi ilə anırıq.

Müstəqil Azərbaycanın bu günü və gələcəyi məhz Heydər Əliyev tərəfindən müəyyən edilmiş strateji inkişaf kursuna əsaslanır. Azərbaycan dövlətçiliyinin ən çətin və taleyüklü mərhələlərində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər ölkəmizi parçalanmaq və xaos təhlükəsindən xilas edərək sabitlik, qanunçuluq və inkişaf mühiti yaratdı.

Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu yüksəldi, milli maraqlara əsaslanan xarici siyasət formalaşdı, iqtisadi inkişafın təməli qoyuldu.

Bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs Azərbaycanın daha da güclənməsini, regionun aparıcı dövlətinə çevrilməsini təmin edib.

Dövlət başçısının qeyd etdiyi kimi: “Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı. Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir.” Bu fikirlər Ulu Öndərin ideyalarının yaşadığını, qurduğu dövlətin daha da qüdrətləndiyini aydın şəkildə nümayiş etdirir.

Məhz Heydər Əliyev tərəfindən müəyyən edilmiş milli inkişaf strategiyası nəticəsində Azərbaycan bu gün qalib, suveren və güclü dövlətdir. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər və ölkəmizin ərazi bütövlüyünün tam bərpası xalqımızın milli birliyinin, dövlətimizin siyasi iradəsinin və güclü rəhbərliyin təntənəsidir. Bu böyük qələbənin ideoloji təməlində də Ulu Öndərin milli dövlətçilik fəlsəfəsi dayanır.

Ulu Öndərin siyasi irsi Azərbaycan xalqı üçün əbədi məktəbdir. Onun dövlətçilik ideyaları gələcək nəsillər üçün etibarlı yol xəritəsi olaraq qalır. Azərbaycan xalqı dahi şəxsiyyətin əziz xatirəsini daim uca tutur, onun ideyalarına sadiqlik nümayiş etdirir.

Bu gün hər bir azərbaycanlı böyük qürur hissi ilə deyə bilər ki, ulu öndər Heydər Əliyevin arzularındakı qüdrətli Azərbaycan reallığa çevrilib və bu inkişaf yolu Prezident İlham Əliyev rəhbərliyi ilə uğurla davam edir.
Ulu öndəri anadan olmasının 103-cü ildönümündə ehtiramla anırıq.
Seçilən
14
1
azadmedia.az

2Mənbələr