Ağdamda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Aznews.az xəbər verir ki, qəza Ağdam-Xankəndi yolunun Ağdam rayonunun Çuxurməhlə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “KIA” və “VAZ-2106” markalı minik avtomobilləri toqquşub. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.
Qəzada 4 nəfərin öldüyü bildirilir. 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə cəlb olunan FHN-nin Qarabağ Regional Mərkəzinin xilasediciləri avtomobillərdə sıxılmış vəziyyətdə qalan meyitləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.