AZ

“Yeni ərazilərdə müharibəyə hazırıq” - Tehrandan ABŞ-yə "qəfil zərbə" XƏBƏRDARLIĞI

İranın hərbi sözçüsü Məhəmməd Əkrəminiya bəyan edib ki, İslam Respublikasına qarşı hər hansı təkrar hücum baş verərsə, Tehran ABŞ-yə qarşı yeni silahlar və strateji metodlar da daxil olmaqla "gözlənilməz variantlar" işə salacaq.

Redaktor.az xəbər verir ki, bu barədə o, IRNA xəbər agentliyinə verdiyi müsahibədə məlumat verib.

Əkrəminiya xəbərdarlıq edib ki, əgər ABŞ yenidən səhvə yol verərək İran ərazisinə hücum edərsə, daha inkişaf etmiş hərbi texnika və yeni müharibə metodları ilə qarşılaşacaq. O, ən mühüm məqam kimi münaqişəyə "yeni ərazilərin" daxil ediləcəyini vurğulayıb.

Hərbi sözçünün iddiasına görə, döyüşlərin yeni coğrafi ərazilərə yayılması Tehranın düşməni qəfil yaxalamasına imkan verəcək.

O qeyd edib ki, rəsmi Vaşinqton hadisələrin bu cür inkişaf ssenarisini qabaqcadan proqnozlaşdıra bilməyəcək.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
89
1
redaktor.az

2Mənbələr