“Azərsun Holdinq”in rəhbər heyəti Ulu Öndərin məzarını ziyarət edib
Ajans.az xəbər verir ki, ziyarət zamanı çıxış edən Tahir Gözel bildirib ki, müasir və müstəqil Azərbaycanın formalaşmasında Heydər Əliyevin müstəsna xidmətləri olub. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq arenada öz layiqli mövqeyini qazanaraq dünya dövlətləri sırasında nüfuzunu daha da möhkəmləndirib. Ümummilli Liderin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı önünə əklil və gül dəstələri düzülüb. Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın və tanınmış dövlət xadimi Əziz Əliyevin xatirəsi də ehtiramla yad olunub.
