ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu il müxtəlif bölgələrdə təxminən 100-dən artıq modul məktəbin tikintisi nəzərdə tutulur.
Milli.Az xəbər verir ki, bunu Azərbaycanın Elm və təhsil naziri Emin Əmrullayev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı Fəxri xiyabanı ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.
"Qəzalı məktəblər, təəssüf ki, az sayda olsa da var. Son 5 il ərzində Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Fondu və digər qurumların hesabına ümumilikdə 1000-ə qədər məktəb yenidən ya tikilib və ya bərpa olunub. Yaxşı xəbər ondan ibarətdir ki, son 20 ildə ölkədə olan 4200-ə qədər məktəbin təxminən 90%-I ya yeni təmir olunub, ya da yenidən tikilib. Məktəblərimizin böyük qismində bu mənada vəziyyət yaxşıdır. Bəlli bir qism məktəb var ki, onlarda da müəyyən bir ardıcıllıqla, alqoritmlə işlər aparılır.
Biz daha çox böyük həcmli məktəbləri təmir etməyə çalışırıq. Çünki bu məktəblər daha çox uşağın həyatını dəyişir. O cümlədən də modul məktəblər tikməyə çalışırıq ki, heç olmasa qəzalı məktəblə müqayisədə modul tipli məktəb irəliyə doğru addımdır. Növbəti addımda həmin məktəblərin də infrastrukturu yaxşılaşdırıla bilər. Bu il təxminən 100-dən artıq belə modul məktəbin müxtəlif bölgələrdə tikintisi nəzərdə tutulur. Bu proses tədricən baş verən məsələdir. 10-15 il əvvəlki məktəblərin vəziyyəti ilə indikində dəfələrlə yaxşı mənada fərq var", - nazir bildirib.
Milli.Az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.