AZ

Robert Fitso: Prezident Əliyev həqiqəti dedi

Yazını böyüt
Yazını kiçilt

Slovakiya Baş naziri Robert Fitsonun videomüraciət yayımlanıb.

Hafta.az xəbər verir ki, Robert Fico müraciətində Azərbaycan və Prezident Ilham Aliyevin Avropa Parlamenti ilə bağlı mövqeyinə ayrıca toxunub.

Slovakiya Baş naziri qeyd edib ki, İrəvana səfəri zamanı o, Azərbaycanın suveren xarici siyasətinin şahidi olub: “Prezident Əliyev həqiqəti dedi. Prezident Əliyev Avropa Parlamentinin yalan yaymaqdan, başqalarının işinə qarışmaqdansa, ilk növbədə Avropanın problemləri ilə məşğul olmalı olduğunu bildirərkən həqiqəti söylədi. Bizim isə belə problemlərimiz kifayət qədər çoxdur ”, — deyə Slovakiyanın Baş naziri vurğulayıb.

Robert Fico həmçinin Bakının mövqeyi ilə Slovakiyaya qarşı Avropa strukturları tərəfindən göstərildiyini iddia etdiyi təzyiqlər arasında paralel aparıb. O, Avropa Parlamentinin Avropa Komissiyasını Bratislavaya ayrılan Avropa fondlarının dayandırılmasına çağıran son qətnaməsini tənqid edərək, bunu Avropa bürokratiyasının növbəti “şedevri” adlandırıb.

Seçilən
25
7
hafta.az

9Mənbələr