AZ

Dövlət və hökumət rəsmiləri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTOLAR

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü günüdür.

Sitat.info xəbər verir ki, bununla əlaqədar dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü il dönümü ilə əlaqədar Fəxri xiyabanı ziyarət ediblər.

Onların arasında Azərbaycanın Baş naziri Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev olub.

Ulu Öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.

Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

 











Seçilən
13
20
sitat.info

10Mənbələr