AZ

Ceyhun Bayramov: Azərbaycan-Ermənistan sərhədində delimitasiya və demarkasiya üzrə işlər davam etdirilir » AzadMedia.az


Azərbaycan-Ermənistan sərhədində delimitasiya və demarkasiya prosesi üzrə işlər davam etdirilir.

Bunu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı Fəxri xiyabanı ziyarət edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, delimitasiya-demarkasiya prosesi uzunmüddətli və texniki xarakter daşıyan məsələdir:

"Bu, qısa müddət ərzində baş verən proses deyil. Burada çox texniki məsələlər var və işlər davam edir".

Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin aprelin 29-da Ermənistana səfər etdiyini xatırladan nazir bildirib ki, görüş zamanı sonrakı işlərin prosedur və reqlamentini müəyyən edən üç sənəd razılaşdırılıb.

C. Bayramov xatırladıb ki, daha əvvəl Ermənistan nümayəndə heyəti ötən ilin noyabrında Qəbələdə keçirilən görüşdə iştirak edib:

"Proses gedir və düşünürəm ki, növbəti aylarda da bunun şahidi olacağıq".
Seçilən
1
9
azadmedia.az

10Mənbələr