AZ

Masallıda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb » AzadMedia.az


Millət vəkili Məşhur Məmmədov sosial media hesabında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə keçirilən tədbirlə bağlı paylaşım edib.
Millət vəkili bildirib ki, bu gün Masallıda Ümummilli Liderin xatirəsinə həsr olunan bir neçə tədbirdə iştirak edəcəklər.
Qeyd olunub ki, əvvəlcə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, millət vəkili Fəzail İbrahimli, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış Ulu Öndərin heykəli ziyarət olunub, önünə gül dəstələri düzülərək əziz xatirəsi dərin ehtiramla yad edilib.
Paylaşımda vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafı, xalqın rifahı və müstəqil dövlətin möhkəmlənməsi istiqamətində gördüyü misilsiz xidmətlər hər bir vətəndaş üçün örnəkdir. Bildirilib ki, onun zəngin siyasi irsi və dövlətçilik məktəbi daim yaşayacaq, gələcək nəsillərə yol göstərəcək.
Seçilən
29
1
azadmedia.az

2Mənbələr