Yeniavaz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Son 10 ildə – 2015-2025-ci illərdə Azərbaycanda tam orta məktəblərin sayı cəmi 0,7% və ya 22 məktəb artıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 10 il əvvəl – 2014/2015-ci tədris ilində Azərbaycanda 3 288 tam orta məktəb olubsa, 2024/2025-ci tədris ilində onların sayı 3 min 310-a yüksəlib.
Eyni dövrdə, yəni son 10 ildə tam orta məktəblərdə təhsil alan şagirdlərin sayı 29% və ya 362 min 208 nəfər artıb. Belə ki, 2014/2015-ci tədris ilində tam orta məktəblərdə təhsil alanların sayı 1 milyon 235,7 min nəfər olubsa, 2024/2025-ci tədris ilində onların sayı 1 milyon 597,9 min nəfərə yüksəlib.
Bu dövrdə müəllimlərin sayı 11% və ya 17 min 127 nəfər azalaraq 142 min 517 nəfərə düşüb.
Onu da bildirək ki, kənd yerlərində məktəblərin sayında azalma qeydə alınıb. Əgər 2014/2015-ci tədris ilində kəndlərdə 2 min 191 tam orta məktəb var idisə, 2024/2025-ci tədris ilində onların sayı 1,4% azalaraq 2 min 160-a düşüb. Eyni dövrdə kənd məktəblərində təhsil alan şagirdlərin sayı isə 10% və ya 49 min 686 nəfər artaraq 539 min 298 nəfərə çatıb. Kənd yerlərində işləyən müəllimlərin sayı isə son 10 ildə 8% və ya 5 min 939 nəfər azalaraq 68 min 222 nəfərə düşüb.Elnur Əli
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.