AZ

Klub prezidenti məşhur hücumçuya verdiyi sözü tutmadı

“Barselona”nın hücumçusu Robert Levandovski komandadan ayrılmağa bir addım da yaxınlaşıb.

Polşalı forvard iki aydan az müddət sonra azad agent statusu ala bilər. Belə ki, onun klubla müqaviləsinin müddəti başa çatmaq üzrədir.

Sportinfo.az “El Larguero”-ya istinadən xəbər verir ki, Kataloniya klubunun prezidenti Xuan Laporta Levandovskiyə yeni müqavilə təklif edəcəyinə söz versə də, hələlik bu baş verməyib.

37 yaşlı hücumçu hazırda yeni sözləşmə imzalamaqdansa, komandadan ayrılmağa daha yaxındır. Ona əsas namizədlər sırasında uzun müddətdir “Milan”, “Yuventus” və MLS klubları göstərilir.

Daha əvvəl yayılan xəbərlərdə isə “Barselona”nın maaşının ciddi şəkildə azaldılması şərti ilə Levandovskini komandada saxlamağa hazır olduğu bildirilmişdi.

Seçilən
15
sportinfo.az

1Mənbələr