AZ

Səfir: Ulu Öndərin “Bir millət, iki dövlət” kəlamı Türkiyə Azərbaycan əlaqələri üçün ən mühüm ortaq məqsəddir

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 10 may, AZƏRTAC

Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətinin formalaşmasında, 1990-cı illərin çətin günlərində bu ölkənin, bu xalqın müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin təmin olunması istiqamətində göstərdiyi böyük səyləri və mübarizəni hər zaman hörmətlə yad edirik.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün deyib.

“Sadəcə, bu ölkənin müstəqilliyi deyil, həm də iqtisadi inkişafı və bugünkü müasir Azərbaycanın qurulması baxımından onun ideyaları hər zaman yol göstərici olub. Ulu Öndərin “Bir millət, iki dövlət” kəlamı bu gün yüksək səviyyəyə çatmış Türkiyə-Azərbaycan əlaqələri üçün ən mühüm ortaq məqsədimiz və şüarımız olaraq qalır.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümündə bu millətə verdiyi bütün dəyərlərə görə onu rəhmətlə, ehtiramla və minnətdarlıqla yad edirik”.

Müxbirlər - Göyçək Mahmudlu, Mehrac Ağasıyev

Videooperator - İlham Nadirov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
5
azertag.az

6Mənbələr