Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən rapid (sürətli şahmat) üzrə Qran-pri turnirində Azərbaycan şahmatçısı Rauf Məmmədov liderlər sırasında yer alıb.
İdman.Biz xəbər verir ki, qrossmeyster ilk 5 partiyada 5 xal toplayaraq 1-9-cu yerləri bölüşür. Əlavə göstəricilərə görə isə o, 3-cü pillədə qərarlaşıb.
Digər Azərbaycan şahmatçısı Aydın Süleymanlı da 5 xal yığıb. Lakin əlavə göstəricilərə əsasən o, 5-ci yerdədir.
İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.