Azərbaycan Prezidenti İlham Əliyev Avropa Parlamenti ilə bağlı mövqeyini yüksək qiymətləndirən Slovakiya Baş naziri Robert Fitsoya təşəkkür edib.
“Hörmətli Robert, Azərbaycan haqqında dəqiq və dəyərli sözlərinizə görə təşəkkür edirəm. Mən tərəfdaşlığımızı çox yüksək qiymətləndirirəm, Slovakiyaya səfərim zamanı göstərdiyiniz qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm və sizi tezliklə Bakıda görməyi səbirsizliklə gözləyirəm”, - Prezident bildirib.