Xocalı, 10 may, AZƏRTAC
Mayın 10-da Xocalı rayonunun Ballıca kəndində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, aksiyanın məqsədi Heydər Əliyevin xatirəsini yad etmək, ətraf mühitin mühafizəsinə töhfə vermək, ekoloji tarazlığın qorunmasına dəstək olmaqdır.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyi, Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən təşkil edilən aksiya zamanı Ballıca kəndində müxtəlif növ ağac və gül kolları əkilib.
Müxbir – Tahir Ağaməmmədov