Əməkdar incəsənət xadimi, şair, dramaturq Yusif Həsənbəy xəstəxanaya yerləşdirilib.
Bakıvaxtı.az Azxeber.com-a istinadən xəbər verir ki, 94 yaşlı Yusif Həsənbəyin vəziyyəti orta-ağır qiymətləndirilir.
Qeyd edək ki, Yusif Həsənbəy 1932-ci il dekabrın 26-da Quba şəhərində anadan olub. O 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin Quba zona şöbəsinin sədridir.