AZ

Məşhur aktyor xərçəngdən sağaldı

ain.az, Axsham.az saytına istinadən bildirir.

“Yura Dövrü Parkı” filmi ilə tanınan Yeni zelandiyalı aktyor Sem Nil eksperimental müalicədən sonra xərçəngdən tam sağaldığını açıqlayıb.

Axşam.az xəbər verir ki, bu barədə o, Avstraliyanın "7News" telekanalına müsahibəsində danışıb.

Aktyor onkoloji xəstələr üçün müasir müalicə üsullarına çıxışın genişləndirilməsini dəstəklədiyini bildirib. Nil 2023-cü ildə nəşr olunan "Did I Ever Tell You This?" (“Heç sənə bunu demişdimmi?”) adlı xatirə kitabında ona üçüncü mərhələli angiommunoblastik T-hüceyrəli limfoma diaqnozu qoyulduğunu açıqlamışdı.

O, bir neçə il kimyaterapiya alsa da, zamanla müalicə təsirini itirib və vəziyyət ağırlaşıb. Aktyorun sözlərinə görə, həlledici mərhələ CAR T-hüceyrə terapiyasının klinik sınaqlarında iştirakı olub. Bu üsulda xəstənin öz hüceyrələri dəyişdirilərək xərçənglə mübarizə aparır.

Müalicədən sonra aparılan yoxlamalar onun orqanizmində xərçəng hüceyrələrinin qalmadığını göstərib. “Çox xoşbəxtəm. Düşünürəm ki, artıq yeni filmdə çəkilməyin vaxtıdır” deyə, Nil bildirib.

Aktyor həkimlərə və alimlərə təşəkkür edərək vurğulayıb ki, sağalması möcüzə deyil, elmi nailiyyətlərin nəticəsidir. O, bu cür müalicələrin gələcəkdə daha geniş şəkildə əlçatan olacağına ümid etdiyini deyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
4
axsam.az

5Mənbələr