AZ

Sumqayıtda Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbirlər keçirildi

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Sumqayıt şəhərində silsilə tədbirlər təşkil olunub.

Publika.az xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edərək, önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.

Daha sonra iştirakçılar Sumqayıt şəhərində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olub, sənədli film izləyiblər.

Çıxışlarda vurğulanıb ki, Azərbaycan tarixində silinməz iz qoymuş Heydər Əliyevin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkənin hərtərəfli inkişafının əsasını təşkil edir. Bildirilib ki, Sumqayıtın sənaye potensialının gücləndirilməsi, şəhərin sosial-iqtisadi həyatının canlandırılması və müasir infrastruktura qovuşmasında Ulu Öndərin xüsusi xidmətləri olub. Qeyd edilib ki, məhz Heydər Əliyevin diqqət və qayğısı nəticəsində Sumqayıt ölkənin aparıcı sənaye və mədəniyyət mərkəzlərindən birinə çevrilib.

Tədbirdə həmçinin qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində Sumqayıt son illərdə öz inkişafının ən yüksək mərhələsinə qədəm qoyub. Şəhərdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri, yeni sənaye müəssisələrinin yaradılması, sosial layihələrin icrası və müasir infrastrukturun formalaşdırılması Sumqayıtın simasını tamamilə dəyişib.

Seçilən
22
4
publika.az

10Mənbələr