AZ

"Haber Global" Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı süjet hazırlayıb - VİDEO

"Azərbaycan xalqı ümummilli lideri Heydər Əliyevi dərin hörmətlə anır və onun Qarabağla bağlı vəsiyyətinin yerinə yetirilməsindən qürur hissi yaşayır".
 
Moderator.az xəbər verir ki, bu barədə "Haber Global" telekanalının ümummilli liderin anadan olmasının 103-cü il dönümü ilə bağlı hazırladığı videomaterialda bildirilir.
 
Süjetdə qeyd olunub ki, ulu öndər çətin dövrlərin hər birinin öhdəsindən gəlib, həyatını dövlətinə və xalqına həsr edib. 80 illik həyatına tarixə keçən uğurlar həkk etdirib.
 
"Ümummilli lider özündən geriyə müstəqil, müasir və güclü bir Azərbaycan dövləti qoyub. Ulu öndərin irsi bu gün də müasir Azərbaycanın inkişafında mühüm rol oynayır. Ümummilli lider Heydər Əliyev dəqiq analiz qabiliyyəti və yüksək istedadı ilə qısa zamanda zirvələrə qalxdı", - deyə süjetdə bildirilib.
 
Videomaterialda o da qeyd olunub ki, ulu öndər türkdilli ölkələrlə əlaqələrə böyük önəm verib. Türkiyənin isə onun üçün yeni hər zaman və hər zaman fərqli olub. "Bir millət, iki dövlət" şüarı da məhz ulu öndər Heydər Əliyevə məxsus olub.
Seçilən
17
50
moderator.az

10Mənbələr