AZ

İlham Əliyev: “Ermənilərin bizə nifrətinin səbəblərini, yəqin ki, psixiatrlar, psixoloqlar, həkimlər araşdırmalıdırlar”

“Bizim meşə fondunun 60 min hektarı vəhşi işğalçılar tərəfindən məhv edilib. Onların əsas hissəsi Kəlbəcər, Laçın rayonlarındadır, amma Zəngilanda da var”.

Editor.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşdə söyləyib.

“Həm talançılıq, həm düşmənçilik, qəddarlıq, özü də heç bir əsası olmadan. Azərbaycan xalqı erməni xalqına heç bir pislik etməyib. Onların bizə olan nifrətinin səbəblərini, yəqin ki, psixiatrlar, psixoloqlar, həkimlər araşdırmalıdırlar. Nə qədər ki, Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, bir o qədər də biz ayıq olmalıyıq”, – dövlət başçısı əlavə edib.

Seçilən
20
26
editor.az

10Mənbələr