AZ

“Sabah” alacaq - “Neftçi” ilə qarşılaşmadan öncə

Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün qalibi olan “Sabah”a çempionluq kubokunun təqdim ediləcəyi tarix müəyyənləşib.

Sportinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, Masazır klubuna kubok və qızıl medalların mayın 17-də - Azərbaycan Premyer Liqasının 32-ci turunun “Neftçi” ilə oyunundan sonra verilməsi planlaşdırılır.

"Sabah” tarixində ilk dəfə Azərbaycan çempionu olub. Komanda mövsümün başa çatmasına üç tur qalmış 75 xalla turnir cədvəlinə başçılıq edir.

Seçilən
51
4
sportinfo.az

5Mənbələr