Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Rusiyanın Sverdlovsk vilayətinin Lenskoye kəndinin yetkinlik yaşına çatmayan sakini üç həftə ərzində bütün ailəsini itirib.
“Cebheinfo.az”-ın “Life”-a istinadən məlumatına görə, onun atası və anası, eləcə də iki qardaşı və iki bacısı həlak olub.
Bir müddət əvvəl Uralsdakı yaşayış binasında baş verən yanğın zamanı beş nəfərin - bir qadının və onun dörd uşağının cəsədinin tapıldığı barədə məlumatlar yayılmışdı.
Mənbənin məlumatına görə, bunlar uşaın anası və bacı-qardaşları olub. Qızın özü yanğın zamanı evdə olmayıb, çünki Yekaterinburqdakı tibb müəssisəsində müalicə alırdı.
Yanğından üç həftə əvvəl isə ailə ölümcül avtomobil qəzasında atanı itirib.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.