AZ

FIFA “Qarabağ”a da transfer qadağası qoydu – ARENA.AZ

Dünyanın ən ali futbol qurumu olan FIFA Azərbaycanın “Qarabağ” klubuna da yeni futbolçuların qeydiyyatı ilə bağlı qadağa qoyub.

Arena.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Qərar növbəti üç transfer dövrünü əhatə edəcək. Hazırda sanksiyanın hansı səbəbdən tətbiq edildiyi məlum deyil.

Klubun mətbuat katibi Anar Hacıyevin məlumatına görə, bununla bağlı hələlik rəsmi bildiriş gəlməyib:

“Problemin nə olduğu bilinmir. Bunun ciddi məsələ olduğunu düşünmürük”.

Xatırladaq ki, FIFA bir neçə gün öncə Azərbaycanın digər klubu “Neftçi”yə də transfer qadağası tətbiq etmişdi. Paytaxt klubunun keçmiş futbolçusu Alessio Kurçiyə ödənişi vaxtında etmədiyi üçün cəzalandığı üzə çıxmışdı. Amma “Neftçi”dən verilmiş məlumata görə, artıq problem həll edilib və transfer qadağası aradan qaldırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
34
11
arena.az

10Mənbələr