AZ

Messi futboldakı varisini açıqladı: Mənim üçün o, ən yaxşıdır

ain.az, Fanat portalına istinadən məlumat verir.

Lionel Messi "Barselona"nın hücumçusu Lamin Yamalın istedadını yüksək qiymətləndirərək ispaniyalı futbolçunu özünün varisi adlandırıb.

Fanat.Az xəbər verir ki, əfsanəvi argentinalı "Adidas"ın tədbiri zamanı 18 yaşlı futbolçunu ona gənc yaşlarını xatırlatdığını etiraf edib.

"El Nacional" Messinin dediklərini belə çatdırıb: 

"Hazırda çox güclü yeni futbolçu nəsli yetişir. Onlardan birini seçməli olsaydım - yaşına, göstərdiyi oyunlara və gələcəyinə əsasən - bu Lamindir. Şübhəsiz ki, mənim üçün o, ən yaxşısıdır. Yamal yaxın illərdə dünya futbolunun əsas ulduzlarından biri olmaq üçün bütün keyfiyyətlərə malikdir. Onun oyunu mənə gənc yaşlarımı xatırladır".

"Barselona"nın yetirməsi olan Lamin Yamal 2025/26 mövsümündə bütün turnirlərdə 45 oyun keçirib, 24 qol vurub və 18 məhsuldar ötürmə edib.

Mirağa

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
1
fanat.az

2Mənbələr