Qol.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
İlk dəfə avrokuboklarda mübarizə aparacaqlar
İtaliya A Seriyasında çıxış edən "Komo" klubu tarixində ilk dəfə avrokuboklarda iştirak etmək hüququ qazanıb.
QOL.az xəbər verir ki, Sesk Fabreqasın baş məşqçisi olduğu komanda çempionatın 36-cı turunda "Verona"nı 1:0 hesabı ilə məğlub edib. Bu qələbə sayəsində xallarının sayını 65-ə çatdıran "Komo" hazırda turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, riyazi hesablamalara görə, klubun mövsümün sonuna qədər 6-cı pillədən aşağı düşmək ehtimalı qalmayıb. Bu isə o deməkdir ki, "Komo" 2026/2027 mövsümündə avrokuboklarda təmsil olunacaq.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.