AZ

"Real Madrid"lə oyun öncəsi Flik üçün AĞIR İTKİ

"Barselona"nın baş məşqçisi Hans-Diter Flikin atası vəfat edib.

Hakimiyyet.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti bəyanat yayıb.

Bəyanatda deyilir: "Bütün "Barselona" ailəsi Hansi Flikə atasının vəfatından dolayı sevgi və dəstəyimizi bildirir. Biz onun kədərini bölüşür, onun və ailəsinin bu çətin anında onu dəstəkləyirik".

Jurnalist Cerard Romeronun sözlərinə görə, Flikin atası 10 may gecəsi vəfat edib.

Bazar günü "Barselona" İspaniya çempionatının 35-ci turunda evdə "Real Madrid"lə qarşılaşacaq. Komanda qarşıdakı matçda məğlubiyyətsiz qalsa, çempion ola bilər.

Elvin

Hakimiyyet.az

Seçilən
0
3
hakimiyyet.az

4Mənbələr