AZ

Politoloq: Prezident Zəngilanda çıxışında yeni reallıqları bir daha dünyaya bəyan etdi

Azərbaycan Prezidenti İlham Əliyevin Zəngilan sakinləri ilə görüşü zamanı səsləndirdiyi fikirlər Azərbaycanın son onilliklərdə keçdiyi tarixi yolun, regionda formalaşan yeni geosiyasi reallıqların və ölkənin həyata keçirdiyi xarici siyasətin mahiyyətini bir daha ortaya qoydu.

Aznews.az xəbər verir ki, Bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, politoloq Zaur Məmmədovbildirib.

Politoloqun fikrincə prezidentin çıxışı həm Azərbaycanın keçmişi və bu günü, həm də regionun gələcək siyasi mənzərəsi baxımından mühüm mesajlarla yadda qaldı: “Azərbaycan son 30 ildə son dərəcə mürəkkəb və enişli-yoxuşlu bir tarix yaşayıb. 1990-cı illərin əvvəllərində Qarabağın və Şərqi Zəngəzurun işğal edilməsi, eyni zamanda Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş daxili və xarici təhdidlər ölkənin gələcəyini ciddi şəkildə sual altına qoymuşdu.”

Zaur Məmmədov qeyd edib ki, həmin dövrdə Azərbaycana qarşı regionda erməni məsələsini həyata keçirən dövlətlərin məkrli siyasəti, eləcə də ölkədaxili siyasi hakimiyyətlərin səriştəsiz fəaliyyəti vəziyyəti daha da ağırlaşdırmışdı.

Onun sözlərinə görə, söhbət təkcə müəyyən ərazilərin işğalından getmirdi, bütövlükdə Azərbaycan dövlətinin gələcək taleyi təhlükə altında idi və hətta ölkənin sərhədlərinin hansı formada qalacağı belə sual doğururdu.

Məhz belə bir məqamda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın xilası baxımından həlledici rol oynadı.

Politoloq vurğulayıb ki, Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Azərbaycan əsl dövlət müstəqilliyinə qədəm qoydu: “Onun həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində ölkədə sabitlik təmin edildi, iqtisadi imkanlar genişləndirildi, Azərbaycanın beynəlxalq imici yenidən formalaşdırıldı və torpaqların gələcəkdə azad olunmasına hesablanmış strateji-konseptual xətt müəyyən edildi.”

Zaur Məmmədov bildirib ki, Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən etibarən Azərbaycanın heç bir torpağının işğal altında qalmayacağını bəyan edirdi: “Nəticədə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa etdi. Politoloqun sözlərinə görə, Prezident İlham Əliyev xalq qarşısında verdiyi vədi yerinə yetirdi və uzun illərdən sonra Azərbaycan xalqına tarixi qələbə qazandırdı.”

Politoloq qeyd edib ki, Azərbaycan xalqına və dövlətinə qarşı aparılan siyasət yalnız son 30 ilin deyil, bütövlükdə son iki əsrin reallığıdır: “Hələ 1918-1920-ci illərdə, eləcə də Gülüstan və Türkmənçay müqavilələrinin imzalandığı dövrdən başlayaraq regionda müxtəlif beynəlxalq güclər erməni məsələsindən siyasi alət kimi istifadə ediblər. Naxçıvan, Zəngəzur, Qarabağ və İrəvanla bağlı proseslərdə də xarici dairələrin məkrli siyasəti açıq şəkildə hiss olunub.”

Seçilən
29
4
aznews.az

2Mənbələr