ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Çində bağlanan nikahların sayında kəskin azalma müşahidə olunur.Bizim.Media xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Çinin Mülki Administrasiya Nazirliyinə istinadən məlumat yayıb.
Qurumun hesabatına əsasən, 2026-cı ilin birinci rübündə ölkədə təxminən 1,7 milyon nikah qeydə alınıb. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,2% azdır. Müqayisə üçün qeyd edilir ki, hətta koronavirus məhdudiyyətlərinin ən sərt tətbiq olunduğu 2020-ci ilin yanvar-mart aylarında belə 2 milyondan çox nikah bağlanmışdı.
Məlumatda həmçinin bildirilir ki, boşanmaların sayı demək olar ki, dəyişməz qalıb — təxminən 622 min.Nəticədə, boşanmaların nikahlara nisbəti tarixi maksimuma yaxınlaşıb.Məqalədə vurğulanır ki, bu tendensiya dünyanın ikinci ən böyük iqtisadiyyatının üzləşdiyi ciddi demoqrafik təzyiqi bir daha təsdiqləyir.Bizim.Media
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.