AZ

Fidan Araqçi ilə telefonda bu məsələləri MÜZAKİRƏ ETDİ

Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Araqçi ilə telefon danışığı aparıb.

Bizim.Media xəbər verir ki, bu barədə TRT Haber diplomatik mənbəyə istinadən məlumat yayıb.

Danışıq zamanı nazirlər İran və ABŞ arasında davam edən sülh danışıqları ilə bağlı son vəziyyət barədə fikir mübadiləsi aparıblar.

Telefon danışığının detalları açıqlanmayıb.

Qeyd edək ki, daha əvvəl İranın ABŞ-la razılaşma layihəsinin son mətninə cavabını Pakistan vasitəsilə göndərdiyi bildirilmişdi.

Bizim.Media

Seçilən
2
26
bizim.media

10Mənbələr