AZ

Ardanın "Şaxtyor"u çempion oldu

Arda Turanın baş məşqçisi olduğu Donetsk "Şaxtyor"u Ukrayna premyer-liqasında vaxtından əvvəl çempion olub.

"Football-plus.az" xəbər verir ki, klub 27-ci turda səfərdə "Poltava"nı 4:0 hesabı ilə məğlub edib.

Bu qələbədən sonra ən yaxın izləyicisi ilə xal fərqini 11-ə yüksəldən "Şaxtyor" mövsümün bitməsinə üç tur qalmış çempionluğu rəsmiləşdirib. Donetsk təmsilçisi tarixində 16-cı dəfə Ukrayna çempionu olub.

Arda Turan bu uğurla Avropada yüksək liqa çempionluğu qazanan ilk türkiyəli baş məşqçi kimi tarixə düşüb.

Seçilən
10
3
football-plus.az

4Mənbələr