AZ

Hamının uşaqlıq oyuncağı indi sərvət gətirir – qiymətlər 400% artdı

Son illərdə bəzi LEGO dəstlərinin qiyməti rekord səviyyədə bahalaşıb.

Musavat.com xəbər verir ki, iqtisadçıların araşdırmasına görə, LEGO dəstləri son 30 ildə orta hesabla illik təxminən 11 faiz gəlir gətirib. Bu göstərici qızılın, bir çox səhmlərin və bəzi kriptovalyutaların gəlirliliyini üstələyib.

Məlumata əsasən, LEGO dəstlərinin əksəriyyəti cəmi bir neçə il satışda qalır, daha sonra isə mağazalardan yığışdırılır. Nəticədə kolleksiyaçılar nadir dəstlər üçün illər sonra çox yüksək məbləğ ödəməyə hazır olurlar.

Bildirilir ki, 2007-ci ildə 140 dollara satılan “Cafe Corner” dəsti hazırda 3 min dollardan baha qiymətə təklif olunur.

Ən çox bahalaşan seriyalar sırasında LEGO-nun Star Wars, Harry Potter və Batman mövzulu kolleksiyaları göstərilir. Bəzi dəstlərin qiyməti illər ərzində 400 faizdən çox artıb.

Musavat.com

Seçilən
23
musavat.com

1Mənbələr