

Müəllif
İlhamə Vəliqızı
Mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib.Bu barədə Ulusum.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.Müdafiə Nazirliyinin rəhbərliyi Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyub, xatirəsini ehtiramla yad edib.Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarı ziyarət olunub, üzərinə gül dəstələri qoyulub.
Diqqət Çəkənlər
Prokurorluq əməkdaşları Fəxri xiyabanı ziyarət ediblər
Müdafiə Nazirliyinin rəhbər heyəti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib