AZ

Livanda son bir sutkada 50-dən çox ölü, 100-dən çox yaralı

İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubuna endirdiyi hava zərbələri nəticəsində son 24 saat ərzində 51 nəfər həlak olub, 107 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Redaktor.az xəbər verir ki, bu rəqəmlər Livan Səhiyyə Nazirliyinin gündəlik hesabatında öz əksini tapıb.

Nazirliyin yaydığı məlumatda hərbi eskalasiyanın başladığı 2 mart tarixindən bu yana itkilərin dəhşətli statistikası təqdim olunub: "Döyüşlərin aktivləşməsindən bəri həlak olan mülki şəxslərin ümumi sayı 2846-ya, yaralıların sayı isə 8693-ə çatıb".

Hazırda xilasetmə qrupları intensiv bombardmanlara məruz qalan Nəbatiyyə şəhərində dağıntıları təmizləməyə davam edir. Rəsmi qurumlar ölənlərin sayının günün sonuna qədər artacağı ilə bağlı xəbərdarlıq ediblər.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
22
2
redaktor.az

3Mənbələr