İranın ABŞ və İsraillə müharibəsi fonunda Hörmüz boğazını bağlaması səbəbindən dünya bazarı son iki ay ərzində təxminən 1 milyard barel neftdən məhrum olub.
"Ölkə.az" xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkətinin Baş direktoru Amin Nasser bildirib.
Amin Nasser deyib ki, enerji axınları bərpa olunsa belə, sistemin normal vəziyyətə qayıtması üçün vaxt lazım olacaq: “Bizim məqsədimiz sistem təzyiq altında olsa belə, enerji axınının davamını təmin etməkdir”.(APA)