AZ

“Turan Tovuz” üçüncülüyü təmin edib

ain.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Premyer Liqasının XXXI turunda “Turan Tovuz” doğma meydanda “Karvan-Yevlax”la qarşılaşıb.

Teleqraf xəbər verir ki, görüş meydan sahiblərinin minimalhesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

Qarşılaşmanın yeganə qolunu Ayxan Hüseynov vurub.

Evdə 3 xal qazanan Tovuz təmsilçisi Premyer Liqada 3-cü pilləni təmin edib. Bölgə klubu 2026/27 mövsümündə avrokuboklar uğrunda mübarizə aparacaq. “Karvan-Yevlax” isə növbəti mövsüm Birinci Liqada çıxış edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
sherg.az

2Mənbələr