AZ

“Nyukasl” səfərdə xal itirdi

İngiltərə Premyer Liqasının 36-cı turunda “Nottingem Forest” doğma meydanda “Nyukasl”la üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, matçın ilk hissəsi qolsuz keçib və komandalar az təhlükəli epizodlarla yadda qalıblar. Görüşün qolsuz heç-heçə ilə başa çatacağı düşünüldüyü anda hesab açılıb.

“Nyukasl” 74-cü dəqiqədə fərqlənərək önə keçib. Harvi Barns dəqiq zərbə ilə komandasını hesabda irəli çıxarıb. Məhsuldar ötürmənin müəllifi isə Ceykob Remsi olub.

Lakin “Nottingem Forest” məğlubiyyətdən qaçmağı bacarıb. Meydan sahibləri 88-ci dəqiqədə Elliot Andersonun qolu ilə hesabı bərabərləşdiriblər.

Bu nəticədən sonra “Nottingem Forest” xallarının sayını 43-ə çatdıraraq Premyer Liqada 15-ci pillədə qərarlaşıb. “Nyukasl” isə 46 xalla 13-cü sırada yer alır.

Seçilən
38
90deqiqe.az

1Mənbələr