ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 10 may, AZƏRTAC
Tarixi təcrübə göstərir ki, hər bir xalqın taleyində mühüm dönüş nöqtələri – həlledici anlar və məqamlar var. Çoxəsrlik dövlətçilik tarixinə, zəngin milli-mənəvi dəyərlərə, ləyaqətli inkişaf yoluna malik olan Azərbaycan xalqı da bu baxımdan istisna deyil. Azərbaycan xalqının taleyində həlledici dönüş məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Bunu AZƏRTAC-a açıqlamasında YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib.
O deyib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyin əldə olunaraq qorunub saxlanmasını təmin edib:”İnkar edilməz reallıqdır ki, ictimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ulu Öndər Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. Ümummilli Lider Heydər Əliyev Azərbaycanı sözün əsl mənasında müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi. Praqmatik xarici siyasət nəticəsində Azərbaycan nüfuzlu dövlətə çevrildi, ölkəmizin dostlarının və tərəfdaşlarının sayı artdı”.
Sevinc Hüseynova vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional xarici siyasət strategiyasının mühüm prioritetlərindən birini də işğal edilmiş torpaqlarımızın geri qaytarılması, problemin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması təşkil edib. “Məhz Ümummilli Lider Heydər Əliyevin əhəmiyyətli səyləri və gərgin əməyi sayəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atılmağa başlandı. Problemin ATƏT çərçivəsində həll olunması üçün təşkil edilən Minsk qrupunda, həmçinin qurumun bir sıra zirvə toplantılarında məsələnin mahiyyətini dünya ictimaiyyətinin diqqətinə çatdıran Ulu Öndər Heydər Əliyev dünya dövlətlərini münaqişəyə yanaşmada diqqətli olmağa və məsələnin tezliklə beynəlxalq hüquq normalarına müvafiq surətdə həll olunması işində yaxından iştiraka dəvət etdi”, - deyə o bildirib.
Deputat qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu praqmatik, çoxvektorlu və rasional xarici siyasət kursu ölkəmizin dostlarının və tərəfdaşlarının sayını artırıb, Azərbaycan nüfuzlu dövlətə çevrilib. Milli mənafelərin təmininə hesablanmış bu məqsədyönlü siyasət coğrafi ölçüləri baxımından kiçik Azərbaycanın dünyanın siyasi xəritəsində güclü dövlətlərlə müqayisəsinə şərait yaradıb:”Əminliklə söyləmək olar ki, Ulu Öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən yaradıcı sürətdə uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və dinamik inkişafa nail olub. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Dövlətimizin başçısının rəhbərliyi ilə daxili və xarici siyasət sahəsində görülən işlər, əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasında ifadə olunur. Ötən müddət ərzində Azərbaycan iqtisadi inkişafına, ictimai-siyasi sabitliyinə, beynəlxalq müstəvidə nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli bir dövlətə çevrilib”.
Sevinc Hüseynova vurğulayıb ki, hazırda Azərbaycan dünya miqyasında dayanıqlı inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan ölkə kimi tanınır. “Təbii ki, bu inkişafın və sabitliyin əsasında uğurla reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Milli inkişaf modelinin uğurla tətbiq edilməsi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmini və davamlı olması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir. Digər tərəfdən çoxşaxəli, tarazlaşdırılmış, milli maraqlara əsaslanan xarici siyasət kursuna malik olan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara müvafiq surətdə reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Ən mühüm məqam isə budur ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti layiqincə həyata keçirən Prezident, Ali Baş Komandan İlham Əliyevin ötən illər ərzində bütün müstəvilərdə, o cümlədən iqtisadi inkişaf, ordu quruculuğu, diplomatiya və digər sahələrdə əldə etdiyi uğurlar onun rəhbərliyi ilə müzəffər ordumuzun yaratdıgı və yazdığı Qələbə salnaməsinin əsasını qoydu. 30 ilə yaxın işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində azad edildi və 24 saatlıq antiterror tədbirləri ilə ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olundu. Son 200 illik tariximizdə ilk dəfə torpaqlarımızı işgaldan azad edən Müzəffər Sərkərdə oldu. Bu, həm də Prezident İlham Əliyevin ata vəsiyyətini yerinə yetirməsi demək idi. Artıq Ulu Öndərin ruhu şaddır, çünki onun ən böyük arzusu yerinə yetirilib, Vətən torpaqlarımız erməni işğalından azad edilib, dövlət suverenliyimiz bərpa olunub və hazırda azad olunan torpaqlarda əsl sahibləri tərəfindən sürətli quruculuq və bərpa işləri həyata keçirilir, məcburi köçkünlər öz yurd yerlərində məskunlaşırlar”, - deyə o diqqətə çatdırıb.
Deputatın sözlərinə görə, əldə olunmuş qələbələr təkcə Azərbaycanın deyil, bütün bölgənin inkişafi üçün yeni imkanlar açıb: “Cənubi Qafqazda əsirlərdən sonra sülhün, əməkdaşlığın və təhlükəsizliyin bərqərar olunmasının bünövrəsi qoyuldu. Ulu Öndərin həyata keçirdiyi siyasətin ən mühüm istiqamətlərindən biri də məhz sülh və sabitliyin təmin edilməsi olub. Ümummilli Lider daim vurğulayırdı ki, Azərbaycan sülhpərvər dövlətdir və regionda davamlı sülhün təmin edilməsi əsas prioritetlərdəndir. Bu gün həmin siyasət uğurla davam etdirilir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Azərbaycanın milli maraqları ən yüksək səviyyədə təmin olunur. Artıq qudrətli Azərbaycan, qalib xalqın qalib lideri, Zəfər səlnaməsinin müəllifi ən yüksək kürsülərdən dünya ictimaiyyətinə tarixi ədaləti və beynalxalq hüququ savaş meydanında bərpa edərək, sülhun əldə olunması təcrübəsini bölüşür. Bu Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəsidir”.
Müxbir – Göyçək Mahmudlu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.