Prezidentin sosial media hesablarında Zəngilan səfəri ilə bağlı video paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Zəngilan səfəri ilə bağlı videoçarx paylaşılıb.Metbuat.az paylaşımı təqdim edir: "Bu gün Ulu Öndər Heydər Əliyevin doğum günüdür və bizim görüşümüzün məhz bu gündə keçirilməsi təbii ki, rəmzi məna daşıyır. Biz - onun davamçıları onun vəsiyyətini yerinə yetirdik. Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur. İşğalçıları torpaqlarımızdan qovaraq öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik".