AZ

Qızı İradə İbrahimovanı sevindirdi -FOTO -VİDEO

"Qızım yüksək bal toplayıb liseyə qəbul oldu. Bizi qürurlandırdı. Onun çəkdiyi zəhmət əvvəlcə özünü, sonra isə bizi sevindirdi. Bizim üzərimizə o qədər də yük düşmürdü. Əsas öz gücüdür".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova AzTV-də qonaq olarkən deyib. Qızı İpəkdən danışan sənətçinin onun yüksək balla liseyə qəbul olduğunu bildirib:

"Əlbəttə, hamımızın müəyyən əməyi var, amma təkbaşına oturub çalışan yenə də uşaqlarımızdır. Onların ətrafında xaos yaşanır: sosial şəbəkələr, qısa vieolar diqqət dağıdır. Bunlara baxmayaraq öz yollarını, gələcəklərini düşünürlərsə halaldı. Hamısının yolu açıq olsun".

Qeyd edək ki, Ceyhun İzer adlı bəylə ailə quran İ.İbrahimovanın 2 övladı var. (Axşam.az)




Bizim.Media

Seçilən
1
4
bizim.media

5Mənbələr