Bu gün Azərbaycan Premyer Liqasında 31-ci tura yekun vurulub.
İdmanxeber.az xəbər verir ki, sonuncu oyun gününə nəzərdə tutulan matçlar artıq başa çatıb.
Əvvəlcə “Turan Tovuz” öz meydanında “Karvan-Yevlax”ı qəbul edib. Matç Tovuz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra Tovuz klubu 59 xalla 3-cü, Yevlax təmsilçisi isə 14 xalla 12-ci, sonuncu pillədə qərarlaşıb.
Tovuz təmsilçisi növbəti mövsümdə ölkəmizi avrokuboklarda təmsil edəcək komandalardan biri olacaq. “Karvan-Yevlax” isə gələn mövsüm birinci liqada mübarizə aparacaq.
Tura “Neftçi” – “Şamaxı” matçı ilə yekun vurulub. Matç “ağ-qaralar”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Paytaxt klubu 53 xalla 4-cü, bölgə təmsilçisi isə 35 xalla 8-ci pillədədir.
“Neftçi” və “Şamaxı” arasında ilk iki dövrədə keçirilən matçlarda qalib aşkarlanmayıb – 1:1 və 2:2.
10 may
19:30. “Neftçi” – “Şamaxı” – 3:0
Qol: Emin Mahmudov, 1, İmad Faraj, 47, Breno Almeyda, 83
Baş hakim: Tural Qurbanov
“Palms Sports Arena”
17:00. “Turan Tovuz” – “Karvan-Yevlax” – 1:0
Qol: Ayxan Hüseynov, 45+1
Baş hakim: Əkbər Əhmədov
Tovuz şəhər stadionu