AZ

Xankəndidə keçirilən WUF13 festivalından görüntülər

Xankəndi şəhərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) ikinci hissəsi başlayıb.

Publika.az xəbər verir ki, şəhər sakinləri və qonaqlar arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası barədə məlumatlılığın artırılması məqsədilə WUF13 festivalı baş tutub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov çıxış edərək festivalın əhəmiyyətindən söz açıb, və iştirakçılara uğurlar arzulayıb.

Tədbir çərçivəsində ictimai proqram interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılıb.

Seçilən
26
11
publika.az

9Mənbələr