DÇ-2026 üçün 3 açılış mərasimi təkil ediləcək.
"Football-plus.az" xəbər verir ki, Mundial ABŞ, Kanada və Meksikada təşkil olunacaq. “The Athletic” qəzetinin məlumatına görə, FİFA hər bir ev sahibi ölkədə keçiriləcək ilk oyundan əvvəl bir mərasim planlaşdırıb. Hər stadionda yerli musiqiçilər çıxış edəcəklər: ABŞ-də Keti Perri, Kanadada Maykl Buble, Meksikada isə Mana səhnə alacaq.
Qeyd edək ki, DÇ-2026-da tarixdə ilk dəfə 48 yığma iştirak edəcək. Mundial 11 iyun - 19 iyul tarixlərində təşkil olunacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta