AZ

Tramp İranın cavabını “tamamilə qəbuledilməz” adlandırdı

ABŞ prezidenti Donald Tramp İranın Vaşinqtonun təklifinə cavabını “tamamilə qəbuledilməz” hesab etdiyini bildirib.

Musavat.com xəbər verir ki, Tramp bununla bağlı detalları açıqlamayıb.

“The Wall Street Journal” yazır ki, danışıqlarda əsas fikir ayrılığı Tehranın nüvə proqramı ilə bağlıdır. ABŞ İranın nüvə proqramının faktiki olaraq 20 il müddətinə dondurulmasını təklif edir. Vaşinqton Tehrandan nüvə silahı yaratmaqdan imtina etməyi, obyektlərin bir hissəsini sökməyi və uranın zənginləşdirilməsini dayandırmağı istəyir. 

photo_2026-05-11_00-31-06.jpg

İran isə cavab olaraq əvvəlcə hərbi əməliyyatların dayandırılmasını və nüvə məsələsi üzrə 30 günlük danışıqların aparılmasını təklif edib. Tehran həmçinin yüksək zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsini üçüncü ölkəyə çıxarmağa və məhdudiyyətlərin yumşaldılması müqabilində Hörmüz boğazını mərhələli şəkildə açmağa hazır olduğunu bildirib.

 

Musavat.com

Seçilən
6
28
musavat.com

10Mənbələr