AZ

Türkiyə “Kuzgun”u təqdim etdi

Türkiyə 1000 km mənzilli yeni kamikadze dronu təqdim etdi

Musavat.com xəbər verir ki, Türkiyənin STM şirkəti yeni “Kuzgun” kamikadze pilotsuz uçuş aparatını təqdim edib.

Məlumata görə, yeni dronun uçuş məsafəsi təxminən 1000 kilometrdir. “Kuzgun” uzunmənzilli zərbə imkanları və hədəfi yüksək dəqiqliklə vurmaq xüsusiyyəti ilə seçilir.

Bildirilir ki, yeni pilotsuz aparat müxtəlif döyüş şəraitində istifadə üçün nəzərdə tutulub və Türkiyənin müdafiə sənayesində ən diqqətçəkən layihələrdən biri hesab olunur.

 

Musavat.com

Seçilən
2
24
musavat.com

10Mənbələr