AZ

Hakan Fidan misirli həmkarı ilə İran-ABŞ danışıqlarını müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə misirli həmkarı Bədr Əbülati arasında telefon danışığı baş tutub.Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, tərəflər telefon danışığı zamanı İran və ABŞ arasında aparılan danışıqlarla bağlı son inkişafları müzakirə ediblər.

Danışığın digər detalları açıqlanmayıb.

Seçilən
29
anews.az

1Mənbələr