AZ

Tramp peyvəndlərin azaldılmasını istəyir

ABŞ prezidenti Donald Tramp ölkədə uşaqlar üçün məcburi peyvəndlərin sayının azaldılmasının vacib olduğunu bildirib.

Musavat.com xəbər verir ki, Tramp Amerika uşaqlarına həddindən artıq çox məcburi peyvənd vurulduğunu deyib.

Onun sözlərinə görə, peyvəndlərin hamısının məcburi olması düzgün deyil. Tramp bildirib ki, poliomielitə qarşı peyvəndlər çox effektiv olub və bu xəstəliyin qarşısını almaqda mühüm rol oynayıb.

“Peyvəndlərə inanıram, amma onların hamısının məcburi olmalı olduğunu düşünmürəm. Bizdə təxminən 82 peyvənd var. Danimarka və digər ölkələrə baxanda bu rəqəm 12, 14, 17-dir. Bəlkə də biz bu sayı azalda bilərik”, – deyə Tramp qeyd edib.

ABŞ prezidenti bildirib ki, uşaqlara vurulan iynələrin sayı ciddi şəkildə azaldıla bilər. Onun fikrincə, bütün peyvənd kursunun tamamlanması üçün həkimə cəmi dörd səfər kifayət etməlidir.

Tramp bunun autizmlə bağlı göstəricilərdə də “əhəmiyyətli yaxşılaşmaya” səbəb ola biləcəyini iddia edib.

 

Musavat.com

Seçilən
126
musavat.com

1Mənbələr